"Qalatasaray"dan ayrılan Sneyderin yeni klubu

"Qalatasaray"dan ayrılan Sneyderin yeni klubu

"Qalatasaray"dan ayrılan Uesli Sneyder kryerasını İtaliyada davam etdirmək istəyir. Fanat.Az xəbər verir ki, "Sampdoriya" və "Los Anceles Qalaksi"dən təklif alan holand ulduz A Seriyasına dönmək qərarına gəlib.

İtaliya mətbuatının məlumatına görə, Sneyder "Sampdoriya" rəhbərliyi ilə anlaşmaq üzrədi. Futbolçunun meneceri Quydo Albers də bir neçə gün əvvəl bu barədə açqlama vermişdi: "Uesli "Sampdoriya"da oynamaq istəyir. İlk olaraq bu klubun təklifini dəyərləndirəcək".

Qeyd edək ki, Sneyder "Qalatasaray"a 2013-cü ildə "İnter"dən 7,5 milyon avroya transfer olunmuşdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər