"Qalatasaray"dan 7,5 milyonluq transfer

"Qalatasaray"dan 7,5 milyonluq transfer

"Qalatasaray" növbəti transferini reallaşdırıb. Fanat.Az xəbər verir ki, "Cim-Bom" "Osmanlıspor"un futbolçusu Badou Ndiayenin transferini razılaşdırıb.

Bu barədə klubun qurucularından olan Ahmet Gökçek açıqlama verib. O, bildirib ki, "Qalatasaray" seneqallı futbolçuya 7,5 milyon avro ödəyəcək və aşağı yaş qruplarından 3 futbolçunu "Osmanlıspor"a icarəyə verəcək.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2015-ci ildə Norveçin "Bodo/Qlimt" klubundan "Osmanlıspor"a 350 min avroya transfer olunub. O, ötən mövsüm 42 rəsmi oyuna çıxaraq 7 qol vurub. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər