"Qalatasaray" qış fasiləsində 7-ci transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, İstanbul klubunun bu dəfəki tarsferi gənc oyunçu olub.
Belə ki, baş məşqçi Roberto Mançininin baxışdan keçirdiyi və bəyəndiyi Lukas Ontivero ilə müqavilə imzalanıb. Uruqvayın "Feniks" klubundan gələn 19 yaşlı argentinalı 4.5 illik anlaşmaya imza atıb. Bu transferə görə Uruqvay klubuna 2 milyon avro ödənib.
"Qalatasaray" Ontiveronun qazancını da açıqlayıb.
2013/14 mövsümü (II yarı): 175.000 avro maaş, 5.000 avro matçbaşı
2014/15 mövsümü: 350.000 avro maaş, 5.000 avro matçbaşı
2015/16 mövsümü: 450.000 avro maaş, 5.000 avro matçbaşı
2016/17 mövsümü: 550.000 avro maaş, 5.000 avro matçbaşı
2017/18 mövsümü: 650.000 avro maaş, 5.000 avro matçbaşı
Beləliklə, matçbaşı nəzərə alınmadan 19 yaşlı futbolçunun transferi "Qalatasaray"a 4 milyon 175 min avroya başa gəlib.
Qeyd edək ki, Ontivero futbolun sirrlərini Argentinanın "San Lorenzo", "İndependiente", İspaniyanın "Real", İngiltərənin "Tottenhem", İtaliyanın "Milan" və "Ceona" klublarında öyrənib. İlk peşəkar müqaviləsini 2011-ci ildə "Feniks" klubu ilə bağlayan gənc yarımmüdafiəçi əsas heyətdə 10 oyun keçirib və 1 qol vurub.
Onu da edək ki, bu "Qalatasaray"ın qışda transfer etdiyi 7-ci gənc futbolçu olub: Umut Gündoğan (23), İzet Hayroviç (22 yaş), Salih Dursun (22), Aleks Telles (21), Koray Günter (19), Lukas Ontivero (19), Oğuzhan Kayar (18). Bundan başqa "Cim-Bom" hazırda 19 yaşlı argentinalı Lukas Ontivero ilə danışıqları davam etdirir.
Fanat.az