"Qalatasaray"da yeni təyinat

"Qalatasaray"da yeni təyinat
"Qalatasaray"ın yeni idman direktorunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, İstanbul klubunda bu postu bundan sonra Erdal Keser tutacaq.
Türkiyə mediasının məlumatına görə, yeni idman direktoru komandanın "Çaykur Rizəspor"la son oyununu izləyib və son günlər klubun bazasında bir neçə dəfə görünüb. 
Qeyd edək ki, futbolçu karyerasına 1980-ci ildə Dortmund "Borussiya"sında başlayıb və 4 il sonra "Qalatasaray"a keçib. 1986-cı ildə yenidən "Borussiya"ya qayıdan hücumçu 1987-ci ildə "Sarıyer"ə, 1989-cu ildə ikinci dəfə "Qalatasaray"a transfer edilib və karyerasının sonunadək - 1994-cü ildə qədər "sarı-qırmızılı" klubun formasını geyinib. O, 2005-2007-ci illərdə "Qalatasaray"da baş məşqçi Erik Geretsin köməkçisi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər