"Qalatasaray"da şok qərar: 4 futbolçu...

"Qalatasaray"da şok qərar: 4 futbolçu...

Çətin günlər keçirən "Qalatasaray"da sular durulmaq bilmir. Fanat.az xəbər verir ki, UEFA-nın maliyyə "feyr-pley"i səbəbindən cəza verdiyi İstanbul təmsilçisi komandaya fayda verməyən yüksək ödənişli futbolçularından yaxa qurtarmağa çalışır. 

Tezliklə daha dörd futbolçunun komandadan göndəriləcəyi gözlənilir. Rəhbərlik və məşqçilər korpusu Umut Bulut, Tarık Çamdal, Olcan Adın və Rayan Donkun transferə çıxarılmasına qərar verib. 

Heyəti gəncləşdirməyə və xərcləri azaltmağa çalışan rəhbərlik gedənlərin yerinə gətiriləcək futbolçuları da artıq gözaltı edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər