UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılması gözlənilən "Qalatasaray"da daha bir şok yaşanır. Fanat.az xəbər verir ki, Burak Yılmaz və Uesli Sneyderdən sonra Fernando Musleranın da komandanı tərk etməsi gözlənilir.
"Maliyyə Fair Playı"nı ciddi şəkildə pozan klubun rəhbərliyi vəziyyəti düzəltmək üçün Musleranı satmaq qərarına gəlib. İddiaya görə, 12-15 milyon avroluq təklif gələcəyi halda klub rəhbərliyi komandanın əsas oyunçularından olan uruqvaylı qapıçını satacaq.
Qeyd edək ki, Musleranın müqaviləsi 2018-ci ildə başa çatacaq. O, "Qalatasaray"da ildə bonus və matçbaşılarla birlikdə 4,5 milyon avro qazanır.
Fanat.az