"Qalatasaray"da qalacam- Roberto Mançini

"Qalatasaray"da qalacam- Roberto Mançini
"Qalatasarayda qalacağam"
Fanat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Roberto Mançini deyib.
"Qalatasaray" ilə olan müqaviləsini 15 iyuna qədər ləğv etmə haqqına sahib olan Mançini, sarı-qırmızılı klubdakı gələcəyi haqqında ilk dəfə danışıb: ""Qalatasaray"da qalacağam. Burda müvəffəqiyyətli bir mövsüm keçirdim.  Düzdü İtaliya və İtaliya futbolu üçün çox darıxdım ancaq açıq deyəcəyim bir məsələ var,  "Qalatasaray"da qalıb davam edəcəm. 2 illik müqaviləm var və burda işlərim yaxşı gedir.  Hələ qarşıda bizi Çempionla Liqasında oynmaq gözləyir. 
Xatırladaq ki, türkiyə mediası "Qalatasaray"ın prezidenti Ünal Aysalın Roberto Mançini ilə yollarını ayıracağını və Mirça Luçesku ilə müqavilə imzalayacağını yazırdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər