Lukas Podolski, Lionel Karole, Cem Karacan və Bilal Kısanı heyətinə qatan "Qalatasaray" islahatlara başlayır. Fanat.az хəbər verir ki, baş məşqçi Hamza Hamzaoğlu heyətdəki futbolçu sayını 27-yə endirməlidi.
Türkiyə mətbuatının məlumatına görə, baş məşqçi bu məqsədlə 6 futbolçunu göndərəcək. Artıq onların adı da bəllidi. İddialara görə, Dani Nounkeu, Yekta Kurtuluş, Sinan Gümüş, Umut Gündoğan, Berk İsmail və Furkan Özçal "Qalatasaray"ı tərk edəcək. Onların icarəyə verilməsi gözlənilir.
Fanat.az