"Qalatasaray"da Georgi Haci bombası

"Qalatasaray"da Georgi Haci bombası

Super Liqada uğursuz çıxış edən "Qalatasaray" baş məşqçi dəyişikliyinə hazırlaşır. Fanat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Mustafa Dənizli istefaya göndəriləcək.

"Qalatasaray" rəhbərliyi onun yerinə klubun əfsanələrindən olan Georgi Hacini gətirmək istəyir. Klub rəsmilərindən Fatih İşbecer bu günlərdə rumın mütəxəssislə görüşərək təklif irəli sürəcək.

Qeyd edək ki, 1996-2001-ci illərdə "Qalatasaray"da oynayan Haci iki dəfə komandanın baş məşqçisi olub. Belə ki, 51 yaşlı mütəxəssis 2004/05 və 2010/11-ci illərdə "Cim-Bom"u çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər