"Qalatasaray"da prezident seçkiləri yaxınlaşır. Fanat.az xəbər verir ki, Ünal Aysalın namizəd olmayacağı müəyyənləşəndən sonra yeni prezidentin kimliyi maraq doğurur.
Türkiyə mətbuatının məlumatına görə, dünən "Qalatasaray" camiəsinin öndə gedən simalarından Ali Dürüst, Abdurrahim Albayrak və Fatih Altaylı bir araya gələrək müzakirələr aparıb. İddiaya görə, onlar Ünal Aysalın istəyi ilə baş məşqçi postundan kənarlaşdırılan "Qalatasaray"ın əfsanəsi Fatih Terimin namizədliyini müzakirə edib.
Terimin namizədliyini Fatih Altaylı gündəmə gətirdiyi, Ali Dürüst və Abdurrahim Albayrakın da bu ideyaya müsbət yanaşdığı bildirilir. "İmperator"un bu təklifə hansı cavabı verəcəyi maraq doğurur.
Fanat.az