"Qalatasaray"da baş məşqçi dəyişikliyi: kim gəlir?

"Qalatasaray"da baş məşqçi dəyişikliyi: kim gəlir?

Avropa Liqasında İsveçin "Ostersun" klubunun mübarizədən kənarlaşdırdığı "Qalatasaray" da baş məşqçi dəyişikliyi baş verə bilər. Fanat.Az xəbər verir ki, Türkiyə mətbuatı prezident Dursun Özbekin İqor Tüdoru istefaya göndərmək məcburiyyətində qalacağını yazıb.

Həmkarlarımız iddia edir ki, xorvat mütəxəssisdən sonra komandanın başına Mirça Luçesku gələcək. Ötən axşam bütün stadionun istefaya çağırdığı Dursun Özbəkin fanatları sakitləşdirmək üçün rumın mütəxəssislə anlaşacağı bildirilir. 

Qeyd edək ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"a başçılıq edib. Komanda onun rəhbərliyi altında Super Liqanın və UEFA Super Kubokunun qalibi olub. 71 yaşlı mütəxəssis son olaraq "Zenit"i çalışdırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər