"Qalatasaray"da 825 min avroluq ayrılıq

"Qalatasaray"da 825 min avroluq ayrılıq
"Qalatasaray" Hamit Altıntopla yollarını ayırdığını rəsmən açıqlayıb. Fanat.Az xəbər verir ki, İstanbul klubu bununla bağlı birjaya rəsmi açıqlama göndərib.
Açıqlamada bildirilir ki, futbolçu ilə anlaşma qarşılıqlı razılıq əsasında pozulub. Bunun qarşılığında Hamitə 825 min avro ödəniləcək.
Futbolçu "GS TV"yə açıqlamasında bunları deyib:  "Bura gəldiyim ilk günü xatırlayıram. Hər şey gözəl idi. Ayrılıqlar həmişə çətin olur. 4 ilimi burda keçirdim. Razı qaldımmı? Yox. Səbəbi bəllidi. Zədələr çox oldu, yordu məni. Zədələr səbəbindən özümü komandadan ayrı hiss etdim. Sonda klubdan getməyi xahiş etdim. Onlar da məni anlayışla qarşıladı. Həyat davam edir. Futbola davam etmək istəyirəm, amma harda olacağını bilmirəm. Qismət nə olacaq, bilmirəm".
Qeyd edək ki, Hamit "Qalatasaray"a 2012-ci ildə "Real"dan 3,5 milyon avroya keçib. O, İstanbul klubunda 89 rəsmi oyuna çıxıb və 4 qol vurub. 34 yaşlı yarımmüdafiəçi əvvəllər Almaniyanın "Vattenştayd 09", "Şalke 04", "Bavariya" və İspaniyanın "Real" klublarında top qovub, Türkiyə millisində keçirdiyi 82 oyunda 7 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər