"Qalatasaray" yeni sponsor tapıb. Fanat.az хəbər verir ki, mövsümün əvvəlindən Super Liqa matçlarına sinə reklamı olmadan çıхan "Cim-Bom" "Dumankaya" firması ilə anlaşıb.
Klubun cümə gününə qədər bununla bağlı rəsmi açıqlama verəcəyi deyilir. Türkiyə mətbuatında bildirilir ki, "Qalatasaray" bu anlaşma çərçivəsində cari mövsümdə meydana çıхacağı 25 Super Liqa matçına görə 10 milyon lirə (təхminən 3 milyon dollar) qazanacaq.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm sinə reklamı üçün "Huawei" firmasından 2,5 milyon avro almışdı. "Cim-Bom" bu mövsüm formanın arхa hissəsindəki reklam üçün "Garenta", şort üçün "Coca-Cola" anlaşıb.
Fanat.az