"Qalatasaray"a dönmək istəyirəm" - Melo

"Qalatasaray"a dönmək istəyirəm" - Melo

Yayda "Qalatasaray"dan "İnter"ə keçən Felipe Melo gözlənilən oyunu sərgiləyə bilmir. Tez-tez aldığı vərəqələr üzündən baş məşqçi Roberto Mançinin gözündən düşən braziliyalı Türkiyəyə dönmək istəyir.

Fanat.az xəbər verir ki, bu barədə o, özü danışıb. "Geri dönməyi çox istəyirəm. "Qalatasaray"dakı dostlarımdan, xüsusən azarkeşlərdən ötrü çox darıxmışam. Amma "Qalatasaray"ın hazırkı maliyyə böhranı ilə transfer etməsi çox çətin görünür. İnanıram ki, tezliklə hər şey düzələcək və yenidən "Qalatasaray"la uğurlar qazanacağıq" deyə Melo bildirib.

Braziliyalı futbolçu Çindən təklif alıb-almaması ilə bağlı suala da cavab verib: "Hələ belə bir şey yoxdu. Hazırda "İnter"dəyəm. Amma getməyimi istəsələr, oturub danışarıq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər