UEFA tərəfindən bir il avrokuboklardan kənarlaşdırılan "Qalatasaray" hüquqi mübarizəyə başlayır. Fanat.az xəbər verir ki, İstanbul klubu Avropa futbol qurumunun qərarından CAS-a (İdman Arbitaj Məhkəməsinə) şikayət edəcək.
CAS-dan istənilən nəticə alınmaqdıqda isə klub İsveçrə Federal Məhkəməsinə müraciət etdəcək. Federal Məhkəmənin keçmişdə qəbul etdiyi qərarlar "Qalatasaray" rəhbərliyini ümidləndirən əsas məqamlardı. Belə ki, adıçəkilən məhkəmə maliyyə problemlərinə görə maliyyə ilə bağlı cəzaların verilməsinin tərəfdarı kimi çıxış edir. Federal məhkəmə bu məsələlərdə klublara idman baxımından cəzaların verilməsinə qarşıdı.
Fanat.az