"Qalatasaray" yenidən Mourinyoya qarşı (PÜŞKATMA)

"Qalatasaray" yenidən Mourinyoya qarşı (PÜŞKATMA)
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 16 komanda 8 cütlüyə bölünüb.
16 komandanın vəsiqə qazandığı mərhələdə Almaniya və İngiltərənin hərəyə 4, İspaniyanın 3, Fransa, İtaliya, Rusiya, Türkiyə, Yunanıstanın isə 1 təmsilçisi mübarizə aparacaq. 1/8 finalda qrup mərhələsinin qalibləri 2-ci yer sahibləri ilə görüşəcək. Burada eyni ölkə təmsilçiləri və eyni qrupda çıxış edən komandalar bir-biri ilə qarşılaşa bilməz. 
Püşkatmada Azərbaycanda kifayət qədər azarkeşi olan Türkiyə "Qalatasaray"ının da rəqibi müəyyənləşib. "Cim-Bom" bu mərhələdə "Çelsi"yə rəqib olub. Beləliklə, "Qalatasaray" yenidən Joze Mourinyoya qarşı oynamaq imkanı qazanıb. Belə ki, portuqaliyalı mütəxəssis ötən mövsüm Çempionlar Liqasının 1/4 final mərhələsində Türkiyə klubunun qarşısına "Real"ın baş məşqçisi kimi çıxmış və mərhələ adlamışdı.
Bu mərhələnin ən maraqlı qarşılaşmalarından biri turnirin son qalibi "Bavariya" və İngiltərə Premyer Liqasının hazırkı lideri "Arsenal" arasında baş tutacaq. Digər maraqlı bir görüşdə "Mançester Siti" "Barselona" ilə üz-üzə gələcək. Madrid "Real"ı "Şalke 04"ə rəqib olub. Rusiya "Zenit"i isə Dortmund "Borussiya"sının qarşısına çıxacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 2014-cü il fevralın 18-19, 25-26-da, cavab oyunları isə martın 11-12, 18-19-da keçiriləcək. 
Çempionlar Liqası
1/8 final
Mançester Siti (İngiltərə) - Barselona (İspaniya)
Olimpiakos (Yunanıstan) - Mançester Yunayted (İngiltərə)
Milan (İtaliya) - Atletiko (İspaniya)
Bayer (Almaniya) - PSJ (Fransa)
Qalatasaray (Türkiyə) - Çelsi (İngiltərə)
Şalke 04 (Almaniya) - Real (İspaniya)
Zenit (Rusiya) - Borussiya (Almaniya)
Arsenal (İngiltərə) - Bavariya (Alrmaniya)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər