"Qalatasaray" yeni transferini rəsmən açıqladı

"Qalatasaray" yeni transferini rəsmən açıqladı

Türkiyənin "Qalatasaray" klubu Super Liqanın digər təmsilçisi "Osmanlıspor"da çıxış edən seneqallı yarımmüdafiəçi Badu Ndiayeni heyətinə qatdığını rəsmən açıqlayıb.

"Sarı-qırmızılar" bu keçidə görə futbolçunun sabiq klubuna 7,5 milyon avro təzminat ödəyib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  Seneqallı oyunçunun özü ilə də 4 illik müqavilə imzalanıb. Məlumatı klubun rəsmi saytı yayıb.

Ndiaye "Qalatasaray"da ilinə 2 milyon 750 min avro məvacib alacaq. O, komandasının Super Liqa və avrokubok oyunlarında qazanacağı hər xala görə də əlavə 5 min avro mükafat əldə edəcək. 

Sözləşmədə daha bir maraqlı məqam var. Belə ki, ehtiyac yaranarsa, 2019-cu ilin 15 iyunundan sonra 18 milyon avro qarşılığında müqaviləyə təktərəfli xitam verilməsi də mümkündü.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər