"Qalatasaray" Umut Gündoğanın maaşını açıqladı - RƏSMİ

"Qalatasaray" Umut Gündoğanın maaşını açıqladı - RƏSMİ
"Qalatasaray" növbəti transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, İstanbul klubu Umut Gündoğanla müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Bucaspor"dan transfer olunan 4,5 ilik müqavilə imzalanıb. "Qalatasaray" bu transferə görə, "Bucaspor"a 1 milyon 661 min lirə (təxminən 830 min 500 manat) ödəyəcək.
Klub Umut Gündoğanın maaşını da açıqlayıb:
2013/14 mövsümü (2-ci yarı):           594.000 lirə maaş və 11.000 lirə matçbaşı
2014/15 mövsümü:                            1.100.000 lirə maaş və 14.000 lirə matçbaşı
2015/16 mövsümü:                            1.275.000 lirə maaş və 17.500 lirə matçbaşı
2016/17 mövsümü:                            1.500.000 lirə maaş və 20.000 lirə matçbaşı
2017/18 mövsümü:                            1.800.000 lirə maaş və 24.000 lirə matçbaşı
Bundan başqa "Qalatasaray" futbolçuya həvəsləndirci mükafat da vəd edib. Belə ki, Umut Gündoğan aşağıda göstərilən xal hesabı əsasında 10 xal toplasa 375 min, 25 xal toplasa 300 lirə əlavə qazana biləcək:
Start heyətində yer alma: 1 xal
Sonradan oyuna daxil olma: 0.5 xal
"18-lik"də yer alma: 0.25 xal
Qeyd edək ki, 23 yaşlı Umut Gündoğan Belçikada doğulub və bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. Hollandiyanın "Roosendaal", Belçikanın "Brüssel", Türkiyənin "Gənclərbirliyi" və "Fethiyespor" klublarında top qovmuş yarımmüdafiəçi ötən mövsüm transfer olunduğu "Bucaspor"da 53 oyunda 7 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər