"Qalatasaray" futbolçusu Aleks Tellesi "Portu"ya satıb.
Fanat.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bu transfer Türkiyə klubuna 6,5 milyon avro qazandırıb.
Qeyd edək ki, müqavilə ilə "Qalatasaray"a məxsus olan braziliyalı ötən mövsümü icarə əsasında Milan "İnter"ində keçirib.
Fanat.az