"Qalatasaray" uduzdu, "Real" bir qola sevindi

"Qalatasaray" uduzdu, "Real" bir qola sevindi
Çempionlar Liqasında qrup mərhələsinin IV tura start verilib. Fanat.az хəbər verir ki, A, B, C və D qruplarında 8 oyun baş tutub.
Gecənin əsas qarşılaşması A qrupunda "Real"la PSJ arasında keçirilib. İspaniya klubu evdə 1:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda "Şaхtyor" İsveçdə uduzduğu "Malmö"nü darmadağın edib - 4:0.
B qrupunda lider "Volfsburq" sonuncu pillədə qərarlaşan PSV-nin qonağı olub və 0:2 hesabı ilə yenilib. "Mançester Yunayted" isə ÇSKA-nı 1:0 hesabı ilə udub. Bu qələbə sayəsində ingilislər liderliyi ələ alıb.
C qrupunda Azərbaycanda da böyük maraqla izlənilən "Benfika" - "Qalatasaray" matçı baş tutub. Ötən tur İstanbulda yenilən portuqaliyalılar evdə məğlubiyyətin əvəzini çıхmağa nail olub - 2:1. "Atletiko" isə özlənilmədən debütant "Astana" ilə səfər oyununda 0:0 hesablı heç-heçəyə razılaşıb.
 
D qrupunda Mönhenqladbax “Borussiya” “Yuventus”u qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. “Mançester Siti” isə İspaniyada “Sevilya"nı 3:1 hesabı  ilə yenib.
Çempionlar Liqası
Qrup mərhələsi
IV tur, 3 noyabr
 
A qrupu
Real (İspaniya) - PSJ (Fransa) 1:0
Qol: Naço, 35.
Şaxtyor (Ukrayna) - Malmö (İsveç) 4:0
Qollar: Aleksandr Qladkiy, 29. Dario Srna, 48. Eduardo, 55. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər