Çempionlar Liqasında IV tura start verilib. Fanat.az xəbər verir ki, bu gecə qitə arenalarında 8 qarşılaşma baş tutub.
A qrupunda "Atletiko" səfərdə "Malmö"nü 2:0 hesabı ilə yenərək liderliyini möhkəmləndirib. "Yuventus" isə "Olimpiakos" üzərində çətin qələbə qazanaraq (3:2) ikinci pilləni ələ keçirib.
B qrupunda turnirin maksimum nəticə qazanan 3 komandasından biri və son qalibi olan "Real" "Liverpul"u qəbul edib. "Kral Klubu" doğma meydanda uğurlu seriyanı davam etdirərək qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna Kərim Benzema imza atıb. Bununla da "Real" vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. Qrupun digər matçında "Bezel" "Ludoqorets"i darmadağın edib - 4:0.
C qrupunda "Zenit" lider "Bayer"i qəbul edib və 1:2 hesabı ilə yenilib. Qrupun digər matçında "Benfika" "Monako"nu 1:0 hesabı ilə məğlub edib.
Azərbaycanda və türk dünyasında hər kəsin diqqəti D qrupuna yönəlib. Bu qrupda çıxış edən "Qalatasaray" Dortmund "Borussiya"sının qonağı olub. "Anderlext"lə oyunda bir xal qazanan, "Arsenal" və "Borussiya"ya böyükhesabla yenilən "Cim-Bom" almanlara ikinci matçda da uduzub - 1:4. Bununla da "Qalatasaray" 1/8 finala vəsiqə qazanmaq şansını itirib. "Borussiya" isə növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.
Qrupun digər matçında "Arsenal" "Anderlext"i qəbul edib. 3:0 hesablı üstünlük əldə edən London klubu sonradan 3 qol buraxıb və meydanı 1 xalla tərk edib.
Çempionlar Liqası
Qrup mərhələsi
III tur, 4 noyabr
A qrupu
Yuventus (İtaliya) - Olimpiakos (Yunanıstan) 3:2
Qollar: Andrea Pirlo, 21. Roberto, 65 (avtoqol). Paul Poqba, 65 - Alberto Botia, 24. Delvin N`Dinqa, 61.
Malmö (İsveç) - Atletiko (İspaniya) 0:2
Qollar: Koke, 30. Raul Qarsiya, 78.
| 1 | Atletiko | 4 | 3 | 0 | 1 | 10:3 | 9 |
| 2 | Yuventus | 4 | 2 | 0 | 2 | 5:4 | 6 |
| 3 | Olimpiakos | 4 | 2 | 0 | 2 | 6:7 | 6 |
| 4 | Malmö | 4 | 1 | 0 | 3 | 2:9 | 3 |
B qrupu
Real (İspaniya) - Liverpul (İngiltərə) 1:0
Qol: Kərim Benzema, 27.
Bazel (İsveçrə) - Ludoqorets (Bolqarıstan) 4:0
Qollar: Tomaş Vaçlik, 34. Derlis Qonzales, 41. Şkelzen Qaşi, 59. Marek Suşi, 65.
| 1 | Real | 4 | 4 | 0 | 0 | 11:2 | 12 |
| 2 | Bazel | 4 | 2 | 0 | 2 | 6:6 | 6 |
| 3 | Liverpul | 4 | 1 | 0 | 3 | 2:6 | 3 |
| 4 | Ludoqorets | 4 | 1 | 0 | 3 | 3:8 | 3 |
C qrupu
Zenit (Rusiya) - Bayer (Almaniya) 1:2
Qollar: Jose Rondon, 89 - Son Heunq-Min, 68; 73.
Benfika (Portuqaliya) - Monako (Fransa) 1:0
Qol: Taliska, 82.
| 1 | Bayer | 4 | 3 | 0 | 1 | 7:3 | 9 |
| 2 | Monako | 4 | 1 | 2 | 1 | 1:1 | 5 |
| 3 | Zenit | 4 | 1 | 1 | 2 | 3:4 | 4 |
| 4 | Benfika | 4 | 1 | 1 | 2 | 2:5 | 4 |
D qrupu
Arsenal (İngiltərə) - Anderlext (Belçika) 3:3
Qollar: Mikel Arteta, 24-pen. Aleksis Sançes, 29. Aleks Okslade-Çamberlain, 58 - Vanden Borre, 61; 72-pen. Aleksandar Mitroviç, 90.
Borussiya D (Almaniya) - Qalatasaray (Türkiyə) 4:1
Qollar: Marko Reus, 34. Sokratis Papastatopulos, 56. Siro İmmobile, 74. Semih Kaya, 85 (avtoqol) - Hakan Balta, 70.
| 1 | Borussiya D | 4 | 4 | 0 | 0 | 13:1 | 12 |
| 2 | Arsenal | 4 | 2 | 1 | 1 | 9:7 | 7 |
| 3 | Anderlext | 4 | 0 | 2 | 2 | 5:9 | 2 |
| 4 | Qalatasaray | 4 | 0 | 1 | 3 | 3:13 | 1 |
Fanat.az