Baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray" Martin Şmidtlə anşalmağa çox yaxındı.
Fanat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Yayılan məlumata görə, "sarı-qırmızılar"ın rəhbərliyi qarşıdakı günlərdə isveçrəli çalışdırıcı ilə görüşəcək. Hazırda "Maynz"ın "sükanı arxası"nda olan məşqçiyə 3 illik sözləşmənin təklif olacağı bildirilir. 49 yaşlı mütəxəssislə razılıq əldə olunacağı halda, o, yeni mövsümdən etibarən "Qalatasaray"ı çalışdıracaq.
Qeyd edək ki, Şmidt elə də zəngin karyeraya sahib deyil. Buna qədər "Maynz"ın əvəzedicilərini çalışdıran məşqçi, ötən ildən etibarən əsas komandada fəaliyyət göstərir.
Fanat.az