"Qalatasaray" üçün tarixi gün

"Qalatasaray" üçün tarixi gün
Bu gün türk basketbol tarixi "Qalatasaray" ilə vacib bir gün yaşayacaq.
Fanat.az xəbər verir ki, "sarı-qırmızı" basketbolçular "Eurocup"un finalında Fransanın "Strasburq" klubunu 5 top fərqiylə udmağa nail olsalar, kuboku başlarının üzərinə qaldıracaqlar. "Abdi İpekçi" idman salonunda keçiriləcək qarşılaşma Bakı vaxtıyla saat 21:00-da başlayacaq.  
Final görüşü üçün satışa çıxarılan 12 min 500 biletin hamısı öz sahiblərini tapıb. Komandanın baş məşqçisi Ergin Ataman fanatlara müraciətinda belə deyib: "Sizin dəstəyinizlə bu sınaqdan üzüağ çıxacağımıza inanırıq. Amma xahiş edirəm ki, hakimin final fiti səslənmədən çempionluq şöləni yaratmayın".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər