"Qalatasaray" üçün Luçesku iddiası

"Qalatasaray" üçün Luçesku iddiası

Tarixinin ən pis mövsümlərindən birini keçirən "Qalatasaray" baş məşqçi axtarışlarını davam etdirir. Fanat.az xəbər verir ki, İstanbul klubunun baş məşqçi postuna yeni namizədin adı açıqlanıb.

"Hürriyət"in iddiasına görə, "Qalatasaray" rəhbərliyi Mirça Luçeskunu namizədlər siyahısına salıb. Marselo Byelsa və Lusien Favre kimi mütəxəssislərlə danışıqlar masasına əyləşdiyi iddia olunan klubun prezidenti Dursun Özbekin idman direktoru Cenk Ergünə rumın mütəxəssislə danışıqlara başlamağı tapşırdığı deyilir. 

Məlumatda bildirilir ki, Cenk Ergün artıq Luçesku ilə əlaqə saxlayıb. Yenidən "Qalatasaray"da çalışmağın əleyhinə olmadığını bildirən baş məşqçi isə mayın 15-dən sonra danışıqlar aparmağı istəyib. 

Qeyd edək ki, Luçesku 2000-2002-ci illərdə "Qalatasaray"ı çalışdırıb. Komanda onun rəhbərliyi altında UEFA Super Kubokunu və Türkiyə çempionluğunu qazanıb. Növbəti 2 ildə "Beşiktaş"a rəhbərlik edən 70 yaşlı mütəxəssis 2004-cü ildən "Şaxtyor"u çalışdırır. Onun artıq Ukraynadan ayrılmaq istədiyi də bildirilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər