"Qalatasaray" Tuqay Kərimoğlunun maaşını açıqladı

"Qalatasaray" Tuqay Kərimoğlunun maaşını açıqladı
"Qalatasaray" Tuqay Kərimoğlunun baş məşqçi Roberto Mançinin köməkçisi təyin olunması ilə bağlı rəsmi açıqlama yayıb. Fanat.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı xəbərdə bildirilir ki, veteran futbolçu ilə 3 illik müqavilə imzalanıb.
"Qalatasaray" məşqçinin maaşını da açıqlayıb. Kərimoğlu 2013/14 mövsümündə 240, 2014/15 və 2015/16 mövsümlərində isə 360 min avro maaş alacaq. Bu məşqçinin 3 il ərzində 960 min avro qazanması deməkdi.
Qeyd edək ki, Tuqay Kərimoğlu 1987-1999-cu illərdə "Qalatasaray"da oynayıb, 2010-cu ildə klubun A2 komnadasını çalışdırıb, 2010-2011-də əsas komandada məşqçi işləyib. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər