"Qalatasaray" transferə nə qədər xərcləyib? - MƏBLƏĞ

"Qalatasaray" transferə nə qədər xərcləyib? - MƏBLƏĞ
Nəyinki Türkiyə, Avropada qış fasiləsinin ən fəal klublarından olan "Qalatasaray" 11 futbolçu ilə müqavilə bağladı. Onlardan 9-u başqa klublardan alındı, 2-sini A2-dən əsas komandaya yüksəldib peşəkar müqavilə imzalandı.
"Qalatasaray"ın transfer etdiyi futbolçuların orta yaş həddi 21.5-ə bərabərdi. "Boka Xuniors"dan 6 aylığa icarəyə götürülən Guillermo Burdissodan fərqli olaraq, digər futbolçularla 4.5 illik müqavilə imzalanıb. "Qalatasaray" bu transferlərə 19.15 milyon avro xərcləyib. 
Aleks Telles (Qremio, Braziliya) - 6.150.000 avro
İzet Hayroviç (Qrasşopper, İsveçrə) - 3.500.000 avro
Salih Dursun (Kayserispor, Türkiyə) - 2.750.000
Koray Günter (Borussiya D, Almaniya) - 2.500.000
Lukas Ontivero (Feliks, Uruqvay) - 2.000.000 avro
Oğuzhan Kayar (Manisaspor, Türkiyə) - 750.000 avro
Veysel Sarı (Eskişəhərspor, Türkiyə) - 700.000 avro
Umut Gündoğan (Bucaspor, Türkiyə) - 550.000 avro
Guillermo Burdisso (Boka Xuniors, Argentina) - 250.000 avro
İbrahim Coşkun (A2, peşəkar müqavilə imzalandı)
Emre Can Coşkun (A2, peşəkar müqavilə imzalandı)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər