"Qalatasaray" Brumanın transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda deyilir ki, tam adı Armindo Tue na Banqna olan futbolçu ilə 5 illik müqavilə imzalanıb. Transferə görə, "Sportinq"ə 10 milyon avro ödənilib.
Bu il 19 yaşını qeydə edəcək Brumanın "Qalatasaray"dakı qazancı da açıqlanıb. 1 milyon avro imza haqqı ödənilən futbolçu 2013/14 mövsümündə 1, 2014/15 və 2015/16-də 1.1, 2016/17 və 2017/18-də isə 1.2 milyon avro maaş alacaq. Həmçinin, Brumaya ilk mövsümdə 10, sonrakı iki ildə 15, son iki "futbol ili"ndə isə 20 min avro maaş veriləcək.
Bu isə o deməkdi ki, maçtbaşını çıxmaq şərti ilə Brumanın keçidi "Qalatasaray"a 16.6 milyon avroya başa gəlib.
Fanat.az