"Qalatasaray" transfer bombasını partladır: Aleks...

"Qalatasaray" transfer bombasını partladır: Aleks...
Transfer çalışmalarına erkən başlayıb. Fanat.az xəbər verir ki, İstanbul klubu Braziliya futbolunun son illərdə yetişdirdiyi ən prespenktivli gənclərindən birini heyətinə qatmağa hazırlaşır.
Məlumata görə, "Cim-Bom" Aleks Tellas və klubu "Qremio" ilə anlaşıb. Solaxay futbolçu Türkiyədə ildə 1,5 milyon avro maaş və 10 min avro matbaşı alacaq. Onunla 4 illik müqavilə imzalanacaq. 
Tərəflər arasında rəsmi müqavilənin yeni ilin ilk günlərində imzalanacağı deyilir. "Cim-Bom" bu transfer üçün "Qremio"ya 7 milyon avro ödəyəcək.
Futbolçu özü də "Qalatasaray"a keçə biləcəyinə işarə vurub: "Mənim arzum Avropada oynamaqdı. Hər bir futbolçu "Qalatasaray" kimi bir klubda çıxış etmək istəyər. Möhtəşəm azarkeşləri var. O atmosferdə oynamaq əla olar. Mənə mesaj göndərən bütün "Qalatasaray"lılara təşəkkür edirəm. Hələlik gözləyirəm. Tezliklə Avropaya gedəcəm. Menecerim Fernando Otto gələn təklifin konkret olduğunu bildirdi. Klubdan ayrılmağı qəbul edəndən sonra hər şeyi menecirim özü həll edəcək".
Futbolçunun meneceri Fernando Otto "bu transfer bizim üçün böyük fürsət olacaq" deyib.
Qeyd edək ki, 21 yaşlı futbolçu 2011/12 mövsümündə "Yuventude"də çıxış edib (13 oyun, 2 qol). O, bu ilin əvvəlində transfer olunduğu "Qremio"da 25 oyuna çıxıb və 1 qol vurub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər