"Qalatasaray" transfer bombasını partladır

"Qalatasaray" transfer bombasını partladır
"Qalatasaray" uzun müddətdi heyətinə qatmaq istədiyi Brumanın keçidini rəsmiləşdirmək üzrədi. Fanat.az xəbər verir ki, İstanbul klubu bu gün portuqaliyalı futbolçu ilə bağlı rəsmi açıqlama yayıb.
Birja üçün nəzərdə tutulan açıqlamada Portuqaliyanın "Sportinq" klubu ilə danışıqların başladığı elan olunub. Çempionlar Liqası üçün sifariş ərizəsi bu gecə Bakı vaxtı ilə saat 03.00-dək UEFA-ya təqdim edilməli olduğundan "Cim-Bom"un transferi məhz bu gün rəsmiləşdirəcəyi gözlənilir. Türkiyə klubları bu tip açıqlamaları adətən danışıqlar son mərhələyə qədəm qoyanda yayır.
Portuqaliya mətbuatının məlumatına görə, "Cim-Bom" Bruma üçün "Sportinq"ə 12 milyon avro transfer haqqı ödəyəcək. Portuqaliyalı ulduz özü isə hər mövsüm 1.6 milyon avro və matçbaşı alacaq.
Qeyd edək ki, tam adı Armindo Tue na Banqna olan futbolçunun bu ilin 24 oktyabrında 19 yaşını qeyd edəcək. 2007-2012-ci illərdə "Sportinq"də futbolun sirrlərini öyrənən Bruma 2012-ci ildən sonra klubun B (25 oyun, 6 qol) və A (13 oyun, 1 qol) komandalarında çıxış edib. Hazırda Portuqaliya U-20-sinin şərəfini qoruyan futbolçu aşağı yaş qrupları üzrə bütün yığmalarda top qovub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər