Son 3 mövsümdə ulduz futbolçuları heyətinə qatmaqla özündən söz etdirən "Qalatasaray" daha bir məhşurun transferinə hazırlaşır. Fanat.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Cim-Bom" "Mançester Yunayted"dən Şinji Kaqavanı transfer etmək niyyətindədi.
İngilis həmkarlarımızın iddiasına görə, yapon futbolçu qış transfer pəncərəsi dövründə "Qalatasaray"a keçəcək. 24 yaşlı Kaqava "Mançester Yunayted"in baş məşqçisi David Moyesin etimadını qazana bilmir və cari mövsümdə cəmi 1 oyunda meydana çıxaraq 7 dəqiqə oynayıb. Bu səbəbdən onun qışda komandanı tərk edəcəyi gözlənilir.
Qeyd edək ki, Kaqava ardıcıl iki mövsüm Dortmund "Borussiya"sında çempion olduqdan sonra (49 oyun, 29 qol) Aleks Ferqyusonun istəyi ilə "Mançester Yunayted"ə keçmişdi. Ötən mövsüm İngiltərədə 20 oyuna çıxan yapon futbolçu 6 qola imza atmış və Premyer Liqanın qalibi olmuşdu. Lakin David Moyesin gəlişindən sonra o, komandada özünə yer edə bilmir.
Fanat.az