"Qalatasaray" Temeltaşın komanda yoldaşını alır

"Qalatasaray" Temeltaşın komanda yoldaşını alır
"Qalatasaray" 2-ci liqadan futbolçu transfer edir. Fanat.az xəbər verir ki, İstanbul klubu "Altınordu"nun yarımmüdafiəçisi Gökhan Karadənizi hədəfə alıb.
23 yaşlı futbolçu cari mövsümdə 2-ci liqada keçirdiyi 30 oyunda 25, Türkiyə Kubokunda oynadığı 2 matçda 2 qol vurub. "Qalatasaray" yaxın günlərdə Gökhan və klubu ilə danışıqlara başlayacaq. 
Qeyd edək ki, hazırda 21 yaşadək futbolçulardan ibarət millimizin sabiq üzvü Timur Temeltaş Gökhanla birlikdə "Altınordu"nun formasını geyinir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər