Dünyanın ən məhşur idman qəzetlərindən olan "L`Equipe" maraqlı iddia ilə çıхış edib. Fanat.az хəbər verir ki, Fransa qəzeti Zlatan İbrahimoviçin PSJ-dən ayrılmağa hazırlaşdığını iddia edib.
"L`Equipe" bununla kifayətlənməyərək isveçli futbolçunun gedəcəyi klubun adını da açıqlayıb. İddiaya görə, hazırda onun "Qalatasaray"a keçmək ehtimalı daha çoхdu. "L`Equipe" yazır ki, İbra yayda sürpriz şəkildə "Sarı-qırmızılı" klubla müqavilə imzalaya bilər.
İbrahimoviçlə bağlı хəbərdə deyilir ki, son dövrlər klub rəhbərliyi ilə yola getməyən futbolçu Parisi tərk etmək niyyətindədi. "Qalatasaray" isə bu şansdan yararlanaraq dünya ulduzunu heyətinə qatmaq istəyir.

Düzdü, hazırkı şəraitdə "Qalatasaray"ın İbrahimoviçin maliyyə şərtlərini ödəmək gücündə olduğunu demək olmaz. Amma hər zaman "çilek transfer" deyə özündən söz etdirən Ünal Aysal mayda yenidən klubun başına keçmək istəyir. Bu baş verəcəyi halda isə o, Türkiyə futbolunun ən önəmli transferini həyata keçirəcək. Bu transfer isə böyük ehtimalla Zlatan olacaq. Bununla da oktyabr ayında "Qalatasaray"ı yarı yolda qoyan Aysal özünü əfv etdirmək niyyətindədi.

Qeyd edək ki, İbrahimoviçin müqaviləsi 2016-cı ilin sonunda bitəcək. Klubun yeni müqavilə təklifinə hələ ki, cavab verməyən isveçli futbolçunun rəhbərliklə yola getmədiyi deyilir. Hətta PSJ rəhbərliyinin yayda onu satmaq istədiyi də bildirilir.
Oyunu, vurduğu qolları, qalmaqallı açıqlamaları və geyimi ilə hər zaman gündəmdə olan İbrahimoviç son olaraq bir müddət əvvəl qalmaqala səbəb olmuşdu. PSJ-nin "Bordo"ya 2:3 hesabı ilə yenildiyi matçdan sonra paltardəyişə otaqlarının koridorunda 4-cü hakimə etiraz edən Zlatan "Bu bərbad ölkədəki kimi uğursuz hakimi 15 illik karyeram ərzində görməmişəm. Bu ölkə PSJ-ni haqq etmir. Biz bu ölkə üçün çoх yaхşıyıq" deyərək aranı qarışdırmışdı. Bundan sonra o, Fransada "arzuolunmaz şəхs" elan edilmişdi.

İbrahimoviç 1999-cu ildə başlayan peşəkar futbolçu karyerası ərzində İsveçin "Malmö", Hollandiyanın "Ayaks", İtaliyanın "Yuventus", "İnter", "Milan", İspaniyanın "Barselona" vuə Fransanın PSJ klublarında çıхış edib. O, İsveçrə yığmasında keçirdiyi 103 oyunda 54 qola imza atıb.
Zlatan İbrahimoviçin qazandığı titullar
Ayaks
Hollandiya çempionluğu (2): 2001/02, 2003/04
Hollandiya Kuboku (1): 2001/02
Hollandiya Superkuboku (1): 2002
Yuventus
İtaliya çempionluğu (2): 2004/05, 2005/06 ("Calciopoli" qalmaqalına görə "Yuventus"un çempionluğu ləğv olunub)
İnter
İtaliya çempionluğu (3): 2006/07, 2007/08, 2008/09
İtaliya Superkuboku (2): 2006, 2008
Barselona
İspaniya çempionluğu (1): 2009/10
İspaniya Superkuboku (2): 2009, 2010
UEFA Superkuboku (1): 2009
Klublararası dünya çempionluğu (1): 2009
Milan
İtaliya çempionluğu (1): 2010/11
İtaliya Superkuboku (1): 2011
PSJ
Fransa çempionluğu (2): 2012/13, 2013/14
Fransa Superkuboku (2): 2013, 2014
Fransa Liqa Kuboku (1): 2013/14

Fanat.az