Çempionlar Liqasında qrup mərhələsində II turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, ötən gün A, B, C və D qruplarında 8 oyun baş tutub.
A qrupunda "Mançester Yunayted" səfərdə "Şaxtyor"la sülh bağlayıb. "Bayer" isə öz meydanında "Real Sosyedad"dan üstün olub - 2:1.
B qrupunda Azərbaycanda böyük azarkeş kütləsinə sahib olan "Qalatasaray" "Yuventus"un qonağı olub. Roberto Mançini ilə ilk oyununa çıxan "sarı-qırmızılar" səfərdən bir xalla dönüb. Didye Droqbanın müdafiənin səhvindən istifadə edərək vurduğu qola Vidal penalti zərbəsi ilə cavab verib. Bundan sonra "ağ-qaralar" 84-cü dəqiqədə İstanbul təmsilçisinin qapısına növbəti dəfə yol tapsalar da, oyundan kənar vəziyyət olduğu üçün bu qol qeydə alınmayıb. Oyunun sonlarına yaxın meydan sahibləri hesabda önə keçib. Lakin Turin təmsilçisinin sevinci cəmi 1 dəqiqə çəkib. "Cim-Bom"un heyətində Umut Bulut komandasına bir xal qazandıran topu vurub. Qrupun digər oyununda isə "Real" Madriddə "Kopenhagen"i darmadağın edib - 4:0. "Kral Klubu"nun heyətində Kriştiano Ronaldo və Angel Di Maria dubl edib.
C qrupunun hər iki oyununda eyni hesab qeydə alınıb. Belə ki, PSJ Parisdə "Benfika"nı, "Olimpiakos" isə səfərdə "Anderlext"i 3 cavabsız olla məğlub edib. PSJ-nin heyətində Zlatan İbrahimoviç dubl edib, Marquinyos bir qol vurub. "Olimpiakos"da isə hər üç qola Konstantinos Mitroqlu imza atıb.
Günün qollu oyunu Moskvada qeydə alınıb. ÇSKA doğma divarlar arasında "Viktoriya" ilə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada Moskva təmsilçisi 3:2 hesablı qələbə qazanıb. D qrupunun digər oyununda isə Çempionlar Liqasının son qalibi "Bavariya" "Mançester Siti"ni səfərdə Frank Riberi, Tomas Müller və Aryen Robbenin qolları ilə məğlub edib - 3:1.
Çempionlar Liqası
II tur
2 oktyabr
A qrupu
Şaxtyor (Ukrayna) - Mançester Yunayted (İngiltərə) 1:1
Qollar: Tayson, 76 - Danni Velbek, 18.
Bayer (Almaniya) - Real Sosyedad (İspaniya) 2:1
Qollar: Simon Rolfes, 45. Jens Hegeler, 90 - Karlos Vela, 52.
| 1 | Şaxtyor | 2 | 1 | 1 | 0 | 3-1 | 4 |
| 2 | Mançester Y | 2 | 1 | 1 | 0 | 5-3 | 4 |
| 3 | Bayer | 2 | 1 | 0 | 1 | 4-5 | 3 |
| 4 | Real Sosyedad | 2 | 0 | 0 | 2 | 1-4 | 0 |
B qrupu
Real (İspaniya) - Kopenhagen (Danimarka) 4:0
Qollar: Kriştiano Ronaldo, 21; 65. Angel Di Maria, 71; 90.
Yuventus (İtaliya) - Qalatasaray (Türkiyə) 2:2
Qollar: Arturo Vidal, 78. Fabio Quagliarella, 87 - Didye Droqba, 36. Umud Bulut, 88.
| 1 | Real M | 2 | 2 | 0 | 0 | 10-1 | 6 |
| 2 | Yuventus | 2 | 0 | 2 | 0 | 3-3 | 2 |
| 3 | Kopenhagen | 2 | 0 | 1 | 1 | 1-5 | 1 |
| 4 | Qalatasaray | 2 | 0 | 1 | 1 | 3-8 | 1 |
C qrupu
Anderlext (Belçika) - Olimpiakos (Yunanıstan) 0:3
Qollar: Konstantinos Mitroqlu, 17; 56; 72.
PSJ (Fransa) - Benfika (Portuqaliya) 3:0
Qollar: Zlatan İbrahimoviç, 5; 30. Marquinyos, 25.
| 1 | PSJ | 2 | 2 | 0 | 0 | 7-1 | 6 |
| 2 | Olimpiakos | 2 | 1 | 0 | 1 | 4-4 | 3 |
| 3 | Benfika | 2 | 1 | 0 | 1 | 2-3 | 3 |
| 4 | Anderlext | 2 | 0 | 0 | 2 | 0-5 | 0 |
D qrupu
ÇSKA (Rusiya) - Viktoriya (Çexiya) 3:2
Qollar: Zoran Toşiç, 19. Keysuke Honda, 29. Radim Reznik, 78 (avtoqol) - Frantisek Raytoral, 4. Marek Bakos, 90.
Mançester Siti (İngiltərə) - Bavariya (Almaniya) 1:3
Qollar: Alvaro Neqredo, 80 - Frank Riberi, 7. Tomas Müller, 56. Aryen Robben, 60.
Qırmızı vərəqə: Jerome Boatenq, 86 (Bavariya).
| 1 | Bavariya | 2 | 2 | 0 | 0 | 6-1 | 6 |
| 2 | Mançester S. | 2 | 1 | 0 | 1 | 4-3 | 3 |
| 3 | ÇSKA | 2 | 1 | 0 | 1 | 3-5 | 3 |
| 4 | Viktoriya | 2 | 0 | 0 | 2 | 2-6 | 0 |