"Qalatasaray" şok qərar verdi: baş məşqçi getdi

"Qalatasaray" şok qərar verdi: baş məşqçi getdi
"Qalatasaray" gözlənilməz qərar qəbul edib. Fanat.az хəbər verir ki, İstanbul klubu baş məşqçi Hamza Hamzaoğlu ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb: "Qalatasaray" futbol klubu baş məşqçi Hamza Hamzaoğlunun müqaviləsini qarşılıqlı anlaşma çərçivəsində sona çatdırıb. Baş məşqçimizə bu günə qədər klubumuza etdiyi хidmətlərə görə təşəkkür edir, ona bundan sonrakı işlərində uğurlar arzulayırıq".
"Qalatasaray"ın baş ktibi Fatih İşbecer isə açıqlamasında bunları deyib: "Baş məşqçimizlə bu gün dost kimi görüşdük. Qarşılıqlı anlaşaraq yollarımızı ayırmaq qərarına gəldik. Bunun səbəblərini indi açıqlaya bilmərəm".
Qeyd edək ki, Hamza Hamzaoğlu ötən ildən "Qalatasaray"a başçılıq edirdi. Komanda onun rəhbərliyi altında ötən mövsüm Türkiyə çempionuluğunu və kubokunu, cari mövsümün startında isə Super Kubokunu qazanmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər