"Qalatasaray"ın futbolçusu Semih Kaya İtaliyadan təklif alıb. Fanat.az xəbər verir ki, Türkiyə millisinin də formasını geyinən gənc stoper "Napoli"nin maraq dairəsinə düşüb. Bu barədə xəbəri futbolçunun meneceri də təsdiqləyib.
Bu arada Türkiyə və İtaliya mətbuatı "Napoli"nin irəli sürdüyü təklifin maliyyə şərtləri barədə informasiyalar yayıb. İddialara görə, "Qalatasaray" Semihə 13 milyon avro qiymət qoyub. Bu məbləği ödəyən istənilən klub onu heyətinə qata bilər.
Qeyd edək ki, Semihlə "Roma" və "Mançester Yunayted" də maraqlanır.
Fanat.az