"Qalatasaray" daha bir futbolçu ilə müqavilə bağlayıb. Fanat.az xəbər verir ki, İstanbul klubu Semih Kaya ilə yeni anlaşma imzalayıb.
Futbolçu və klub arasındakı anlaşmaya əsasən qarşıdakı iki ilin müqavilə şərtları dəyişdirib. Həmçinin mövcud müqaviləsnin müddəti 2017/18 mövsümünün sonunadək artırılıb.
Semih 2014/15 mövsümündə 1 milyon 500 min avro maaş alacaq. Onun məvacibi hər il 100 min avro artacaq və 2017/18 mövsümündə 1 milyon 800 min avroya çatacaq. Beləliklə ona 4 ildə 6,6 milyon avro maaş veriləcək. Futbolçu həmçinin 15 min avro matçbaşı alacaq.
Fanat.az