"Qalatasaray" Rodrigesin dəyərini açıqladı

"Qalatasaray" Rodrigesin dəyərini açıqladı
"Qalatasaray" Joze Rodrigesin transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, "Real"dan transfer olunan 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
"Cim-Bom" bu keçidə görə "Kral Klubu"na transfer haqqı ödəməyəcək. Amma o, hər 30 rəsmi oyunda meydana çıхacağı halda "Real"a 250 min avro ödənəcək (4 dəfədən artıq olmamaqla). Bundan başqa "Real"ın 2017/18 mövsümünün sonunda 10 milyon avro ödəməklə Jozeni geri qaytarmaq haqqı var. Həmçinin "Qalatasaray" 30 iyun 2018-ci ilədək Rodrigesi başqa kluba satacağı halda transfer haqqının 30 faizini Madrid klubuna ödəyəcək.
Futbolçunun özünə gəlincə, o, 2015/16 və 2016/17 mövsümlərində 800, 2017/18 və 2018/19 mövsümlərində 850 min avro maaş alacaq. Bundan başqa ona 10 min avro matçbaşı veriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər