Türkiyə Super Liqasında XXIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, ötən gün 4 qarşılaşma baş tutub.
"Qalatasaray" "Çaykur Rizəspor"un qonağı olub. 61-ci dəqiqədə Uesli Sneyderin ötürməsini qola çevirən Aurelien Çedyu hesabı açıb. 86-cı dəqiqədə hakim "Qalatasaray"ın qapısına penalti təyin edib və topa yaxınlaşan Leonard Kveukenin zərbəsi dəqiq olub. Matç 1:1 hesabı ilə başa çatıb.
Bununla da "Fənərbaxça" və "Qalatasaray" arasında yenidən 6 xallıq fərq yaranıb. Belə ki, "sarı-lacivərdlilər" hazırda 51 xalla turnir cədvəlinə başçılıq edir. "Sarı-qırmızılılar" isə 45 xalla ikinci pillədə qərarlaşıb.
Günün digər oyunlarına gəlincə, "Trabzonspor" səfərdə "Konyaspor"un müqavimətini qıra bilməyib. Kayseri derbisində "Erciyəsspor" rəqib meydanında "Kayserispor"u 4:0 hesabı ilə yenib. "Sivasspor" isə evində "Elazığspor"a yenilib - 1:3.
Fanat.az