Ötən gün güclü qar üzündən yarımçıq dayandırılan "Qalatasaray" - "Yuventus" matçı yenidən təxirə salına bilər. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, İstanbulda hava şəraiti hələ də düzəlməyib və bu gün da qar yağması gözlənilir. Bu səbəbdən matçın yenidən təxirə salınması gözlənilir. Qarşılaşma ilə bağlı yekun Bakı vaxtı ilə saat 15.00-dək veriləcək. Oyunun keçirilməsinə qərar verilsə, matç qaldığı yerdən - 31-ci dəqiqədən başlayacaq.
Fanat.az