"Qalatasaray" - "Yuventus" matçı təxirə salındıFOTOLAR

"Qalatasaray" - "Yuventus" matçı təxirə salındıFOTOLAR
Çempionlar Liqasının V turunun "Qalatasaray" - "Yuventus" oyunu yarımçıq dayandırılıb. Fanat.az xəbər verir ki, buna səbəb İstanbulda yağan güclü qar olub.
32-ci dəqiqədə stadionun xəttləri tamamilə itib. Bu zaman baş hakim Pedro Proenka matçı dayandıraraq futbolçularla söhbət edib və onları paltardəyişmə otağına yollayıb. Portuqaliyalı referi qazonun təmizlənməsini tələb edib. Ədalət təmsilçisi 20 dəqiqəlik fasilə verib.
Lakin qar dayanmadığından arenanı təmizləmək mümkün olmayıb və matç təxirə salınıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər