Türkiyə Super Liqasında IX turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qalatasaray" "Karabükspor"un qonağı olub.
Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 3-cü dəqiqədə Aurelin Çedyu açıb. 57-ci dəqiqədə sabiq "Qalatasaray"lı Emre Güngör bərabərliyi təmin edib. 71-ci dəqiqədə isə Umud Bulut "Cim-Bom"a qələbə qazandıran qola imza atıb.
Fanat.az