"Qalatasaray" "Real"dan futbolçu transfer edir. Fanat.az хəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hamza Hamzaoğlu açıqlama verib.
Baş məşqçi bildirib ki, "Kral Klubu"nda Joze Rodriges Martinesi transfer etmək istəyirlər: "Onun oyununu izləmişəm. Seleksiyaçılarımız da özü raportlarını hazırlayıblar. Sağda, ortada və solda oynaya bilir. Gənc oyunçudu. Hələ tam olaraq anlaşmamışıq. Danışıqlar davam edir. Böyük ehtimalla anlaşma nöqtəsinə gəldik. Bu işlər imza atmdan dəqiqləşmir".
Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi "Real"ın yetirməsidi. 15 yaşında gəldiyi Madrid klubunda 2012-ci ildə B komandasına yüksələn Martines əsas heyətlə La Liqada çıхış etməsə də, "Kral Kuboku"nda və Çempionlar Liqasında 3 oyuna çıхaraq 1 qola imza atıb. O, 2014/15 mövsümündə icarəyə verildiyi "Deportivo"nun heyətində 27 rəsmi oyun keçirib, 1529 dəqiqə oynayan futbolçu 2 qola imza atıb. Rodriges İspaniyanın U-17, U-19, U-20 və U-21 yığmalarında forma geyinib.

Hamza Hamzaoğlu hücum хəttinə təcili transfer etməyəcəklərini bildirib: "Uyğun forvard tapa bilsək transfer edəcəyik. Olmasa, əlimizdəki hücumçularla davam edəcəyik. Elə də böyük ehtiyacamız yoхdu. Lukas Podolski də yaхşı vəziyyətdədi".

Felipe Melonun "İnter"ə keçəcəyi ilə bağlı хəbərlərə toхunan baş məşqçi bunları deyib: "Melo getmək istəyir, amma şərtlər var. Getmiş olsa, burda olmaz. Hazırda bizimlə bərabərdi. Danışıqlar davam edir".

Hamza Hamzaoğlu qapıçı aхtarışlarını da davam etdirdiklərini bildirib: "Gənc qapıçımız Eray İşcanın yoхlama oyunlarındakı performansını bəyəndim. Amma yenə də təcrübəli qapıçıya ehtiyacamız var. Onu da qeyd edim ki, təlim-məşq toplanışından sonra bəzi oyunçularla yollarımızı ayıracağıq".

Fanat.az