"Qalatasaray" - "Real" oyununu televiziyadan izləyirdim. Az qala ağlayacaqdım". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın sabiq üzvü Yohan Elmander deyib.
Hazırda İngiltərənin "Norviç" klubunda çıxış edən isveçli futbolçu sabiq komandasının oyununa münasibət bildirib: "Qalatasaray" oyunun əvvəlində qol imkanları yaxaladı. Amma yaxşı komandalara oynayarkən daha diqqətli olmalısan. Çünki onlar geri qayıdacaqlar".