"Qalatasaray" - "Fənərbaxça" derbisi nə vaxt baş tutacaq?

"Qalatasaray" - "Fənərbaxça" derbisi nə vaxt baş tutacaq?
Terror təhlükəsi səbəbindən təxirə salınan "Qalatasaray" - "Fənərbaxça" matçının keçiriləcəyi tarixlə bağlı qərar martın 28-də veriləcək. Fanat.az "Fanatik"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yıldırım açıqlama verib.
"TFF-nin İdarə Heyəti bu məsələni bazar ertəsi müzakirə edəcək. Həmin toplantıda derbinin tarixi müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlama veriləcək" deyə Servet Yıldırım bildirib.
Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi matçın aprelin 28-də keçirilməsini istəyir. "Fənərbaxça" prezidenti Aziz Yıldırım isə oyunun mayın 8-də baş tutacaq "Qalatasaray" - "Beşiktaş" görüşündən sonraya salınmasına tərəfdardı. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər