"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı açıqlandı

"Qalatasaray" - "Fənərbağça" matçının vaxtı açıqlandı

Türkiyə Super Liqasında XXVI turdan təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" matçının keçiriləcəyi tarix açıqlanıb.

 "Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörənlə klub rəsmiləri arasındakı danışıqlardan sonra qərar verilib.

Görüşdən sonra onlar jurnalistlərə İstanbul derbisinin aprelin 13-də keçiriləcəyini açıqlayıblar.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı martın 20-də keçirilməli idi. Lakin qarşılaşmanın oynanılacağı "Türk Telekom Arena"da terror törədiləcəyinə dair məlumatın daxil olduğu səbəb göstərilərək, görüş təxirə salınmışdı.  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər