"Qalatasaray" "Borussiya"nın futbolçusunu alır - RƏSMİ

"Qalatasaray" "Borussiya"nın futbolçusunu alır - RƏSMİ
Bu qış əsasən gənc futbolçuları transfer edən "Qalatasaray" daha bir yerli oyunçunu heyətinə qatır. Fanat.az xəbər verir ki, İstanbul klubu Dortmund "Borussiya"sından Koray Günteri transfer edir.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, "Borussiya" ilə rəsmi danışıqlar prosesi başlayıb. Türk klubları bu tip açıqlamaları transferlər yekunlaşmaq üzrə olanda yayırlar.
Qeyd edək ki, Koray "Borussiya"nın yetirməsidi. 19 yaşlı müdafiəçi klubun ikinci komandasında ötən mövsüm 25 oyun keçirib. O, cari mövsümdə Dortmun klubunun A komandasında 1 oyuna çıxıb.
2009-2010-cu illərdə Türkiyə U-19-da çıxış edən (4 oyun) Koray daha sonra Almaniyanın U-17 (2010-2011, 19 oyun, 4 qol), U-19 (2012-2013, 12 oyun) və U-20 (2013, 3 oyun) yığmalarında top qovub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər