"Qalatasaray" əzəli rəqibi "Beşiktaş"a oyunçu verib. Fanat.az xəbər verir ki, Dani Nounkeu mövsümün sonunadək "Qara Qartallar"ın formasını geyinəcək.
Bu barədə "Beşiktaş"ın rəsmi saytı məlumat yayıb. İstanbul klubu Daninin qazancını da açılayıb. 27 yaşlı kamerunlu fuibolçu mövsümün sonunadək 600 min avro qazanacaq. Üstəlik "Beşiktaş"ın mövsümün sonunda təktərəfli şəkildə Daninin transfer hüququnu almaq səlahiyyəti var.
Qeyd edək ki, "Qalatasaray"a 2012-ci ildə "Qaziantepspor"dan keçən Dani 46 oyunda meydana çıxıb. "Cim-Bom" bundan əvvəl Engin Baytarı "Çaykur Rizəspor"a, Nordin Amrabatı "Malaqa"ya, Brumanı "Qaziantepspor"a, Sercan Yıldırımı "Bursaspor"a, Yohan Elmanderi "Norviç"ə icarəyə verib.
Fanat.az