"Qalatasaray" "Barselona"nın futbolçusuna göz tikib.
Fanat.Az xəbər verir ki, Türkiyə təmsilçisi baş məşqçi Riekerinkin tələbi əsasında Aleks Vidalı heyətinə qatmaq istəyir.
Futbolçu ilə təmasa girən istanbullular danışıqlarda mərhələ adlamışdı. Amma Türkiyədə törədilən terror səbəbindən Vidal qərarını vermək üçün müddət istəyib.
Klub rəhbərliyinə İstanbuldakı terrordan təsirləndiyini bildirən Vidal "Mənə bir müddət vaxt verin, bu mövzu ilə bağlı düşünmək istəyirəm. Transferimlə bağlı ən doğru qərarı vermək üçün zamana ehtiyacım var" söyləyib.
"Sarı-qırmızılar"ın sağ cinahda istifadə etmək istədiyi Vidal bu mövsüm "Barselona"da çox az oyuna çıxıb. İspaniyalı futbolçu 5 dəfə meydana çıxıb, 1 sarı vərəqə görüb.
Fanat.Az