Türkiyə Kubokunda VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qalatasaray" "Antalyaspor"u qəbul edib.
Son dövrlər həm kubokda, həm Super Liqada uğurlu çıxış edən və böyük hesablı qələbələr qazanan "Cim-Bom" bu dəfə rəqibinin müqavimətini qıra bilməyib. Nəticədə oyun 0:0 hesabı ilə başa çatıb.
Son turun oyunlarından sonra qruplarda ilk iki pilləni tutan və yarımfinalda qarşılaşacaq komandalar müəyyənləşib. A qrupunun birincisi "Bursaspor"la B qrupunun ikincisi "Qalatasaray" üz-üzə gələcək. Digər qarşılaşma isə B qrupunun birincisi "Antalyaspor"la A qrupunun ikincisi "Esktşəhərspor" arasında keçiriləcək.
Qeyd edək ki, A qrupunda mübarizə hələ başa çatmayıb. Belə ki, bu gün millimizin üzvü Ali Gökdemirin forma geyindiyi "Elazığspor" "Tokatspor"u qəbul edəcək.
Fanat.az