Bu gün Türkiyənin "Fotomatç" qəzeti "Qalatasaray"ın məşqində dava düşməsi ilə bağlı xəbər yayımlayıb. Fanat.az xəbər verir ki, xəbərdə Uesli Sneyderlə Burakın dalaşdığını iddia edib.
"Qalatasaray"ın buna cavabı özünü çox gözlətməyib. Klubun rəsmi saytı ilə yayımlanan açıqlamada "Fotomatç" məhkəmə ilə hədələnib: "Bu gün "Fotomatç" qəzetində Savaş Çorlu imzalı, Uesli Sneyderlə Burak Yılmazın məşqdə "dava etdiklərini" iddia edən bir yazı yayımlanıb. Daha öncə jurnalist əxlaqına və peşə prinsiplərinə zidd mövqeyi səbəbi ilə futbol komandamızın məşqlərinə belə buraxılmayan "Fotomatç" qəzetinin bu iddiasını 24 saat ərzində ispat etməməsi halda hüquqi prosedurun başladılacağını və bu qəzetin klubla bütün əlaqələrinin kəsiləcəyini ictimaiyyətinin diqqətinə çatdırırıq".
Fanat.az